14 Noyabr 2019
13 Noyabr 2019
Nazirlik bu şəxslərə XƏBƏRDARLIQ etdi
Nazirlik  bu şəxslərəXƏBƏRDARLIQ etdi CƏMİYYƏT 13:46 2019-10-16

Xəzərdə, bütün su hövzələrində balıqların qadağan olunmuş sintetik torlarla, elektrik cərəyanları ilə ovlanması cinayətdir. Qadağan olunmuş bu cür alətlərdən istifadə edənlər təbiət düşmənləridir. Çünki balıqları bu cür vəhşicəsinə ovlayanlara ancaq belə ad vermək olar. Düşünürəm ki, bu hal hamını narahat etməlidir.

Unikal.org-un məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, bu torların flora və faunaya, ətraf mühitə mənfi təsirləri hesaba gəlməyəcək dərəcədə böyükdür. Torlar balıqların kütləvi məhvinə səbəb olmaqla yanaşı, təbii yolla çürüyüb parçalanmır, torpağa qarışmır və uzun müddət tullantı kimi qalaraq sututarları və ətraf mühiti çirkləndirir. Ona görə də onların istifadəsinə son qoyulmalıdır:

"Bu, bir cinayət əməlidir! Düzdür, bunun tədbirini hüquq-mühafizə orqanları görür, lakin bu gün belələrinin ictimaiyyət tərəfindən qınanması da təsirli bir vasitədir. Hər birimiz əl-ələ verib bu vəhşiliyə qarşı mübarizə aparmalıyıq ki, təbiət düşmənləri necə qəddar və günah bir işlə məşğul olduqlarından utansınlar. Biz balıqların qadağan olunmuş ov alətləri ilə, sintetik torlarla, elektrik cərəyanları ilə ovlanmasının aradan qaldırılması və bu torların yığışdırılması üçün dənizdə, ümumiyyətlə bütün su hövzələrində və sahillərdə aksiyalara başladıq. Balıqları məhv edənlər bilsin və qorxsun”.