Xalq şairi Sabir Rüstəmxanlının təşkilatçılığı ilə, bu gün “Azərbaycan” qəzetinin yaranmasının 30 illik yubileyi qeyd olunub.

Unikal.org xəbər verir ki, 1989-cu ildə “Azərbaycan” qəzetini bərpa edən və onun ilk baş redaktoru olan, sonradan qəzetin Milli Məclisin rəsmi mətbu orqanı olmasına etiraz etməyən Sabir Rüstəmxanlı tədbiri giriş sözü ilə açıb.

Azərbaycan” qəzetinin yaranma tarixinə nəzər salan Sabir Rüstəmxanlı 145 yaşlı Azərbaycan mətbuatında “Azərbaycan” qəzetinin çox əhəmiyyətli bir yerə malik olduğunu vurğulayıb.

Daha sonra qəzetin yenidən bərpa olunmasından bəhs edən Sabir Rüstəmxanlı çox böyük çətinliklərə baxmayaraq qəzetin tirajını qısa müddət ərzində 100 min nüsxədən 500 minə çatmasına nail olduqlarını diqqətə çatdırıb. “Biz o dövrdə İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Şirməmməd Hüseynov və başqalarının dəstəyi ilə Qarabağ Xalq Yardımı Komitəsini yaratdıq. Mən də Komitənin orqanı kimi nəşrə başlayan “Azərbaycan” qəzetinin baş redaktoru oldum. Qəzetin ilk nömrəsi oktyabrın 5-dən 6-a keçən gecə çıxdı və bütün ölkədə böyük marağa səbəb oldu. O zaman mənimlə çiyin-çiyinə çalışan imzalar var idi ki, bu gün onların əksəriyyəti bu tədbirdə iştirak edir, hər biri yüksək nüfuza malik ziyalılarımızdır. Onlardan Elmira Axundova, Firudin bəy, Şərif Kərimli, Rüstəm Behrudi, Fikrət İbrahimli Əli Nasir.

“Azərbaycan” qəzetinin işıq üzü gördüyü zamanlardan bəhs edən Mətbuat Şurasının sədri Əflatun Amaşov “Azərbaycan” qəzetində bir zamalara əməyi keçən ziyalılara mükafatlarının təqdim edib.

Qeyd edək ki, tədbirdə bir sıra KİV-lərin rəhbər şəxsləri, baş rekdaktorlar, hökumət və qeyri-hökumət nümayəndələri, millət vəkilləri də iştirak edib, "Azərbaycan" qəzetinin əvvəlindən bu gününədək keçən yolundan danışıblar.