İspaniya La Liqasının 10-cu turu çərçivəsində keçiriləcək “Barselona” – “Real” oyununun stadionu dəyişdirilə bilər.

Unikal.org AS-a istinadən xəbər verir ki, buna səbəb Kataloniyada keçirilən etiraz aksiyalarıdır. Bir neçə gündür davam edən etiraz aksiyaları səbəbiylə İspaniya Futbol Federasiyası “Kamp Nou”da keçirilməli olan oyunu “Santyaqo Bernabeu”ya keçirməyi planlaşdırır.

Bu baş verərsə, komandalar arasında ilk oyun “Real”ın meydanında, ikinci görüş isə “Kamp Nou”da keçiriləcək.

“Barselona” – “Real” oyunu oktyabrın 26-da keçiriləcək.