18 Noyabr 2019
“Qarabağ” - APOEL matçının biletləri satışa çıxarılır
“Qarabağ” - APOEL matçının biletləri satışa çıxarılır İDMAN 21:09 2019-10-16

“Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Kipr təmsilçisi APOEL ilə keçirəcəyi oyunun biletləri sabahdan satışa çıxarılacaq.

Unikal.org xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, qiymətləri sektorlar üzrə 2, 5, 10, 15, 50 və 75 manat olan biletləri sabah saat 12:00-dan etibarən almaq mümkün olacaq. 

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Gənclik Mall” və “28 Mall” (iticket satış məntəqəsi), “Park Bulvar AVM” (iticket satış məntəqəsi) ASAN 2, 3 (Yasamal, Amay t/m) və iticket.az saytından onlayn şəkildə almaq mümkündür. 

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - APOEL matçı saat 20:55-də başlayacaq.