12 Noyabr 2019
Gömrükçülər mikroavtobusdan görün nə tapdılar! - FOTOLAR
Gömrükçülər mikroavtobusdan görün nə tapdılar! -FOTOLAR İQTİSADİYYAT 11:37 2019-10-17

Gömrükçülər pirotexniki vasitə aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Unikal.org-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatına əsasən “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Ford transit” markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Bu zaman o, idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin salonunda, sürücü ilə sərnişin kabinlərinin arasında - xüsusi düzəldilən gizli saxlanc yerindən 1600 ədəd üzərində “Mega Piratka” yazılan pirotexniki vasitə, 804 ədəd üzərində “Magical Candle” və 60 ədəd üzərində “Roman Candle” yazılan fişəng aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


  • Gömrükçülər mikroavtobusdan görün nə tapdılar! -FOTOLAR
  • Gömrükçülər mikroavtobusdan görün nə tapdılar! -FOTOLAR
  • Gömrükçülər mikroavtobusdan görün nə tapdılar! -FOTOLAR