Türkiyənin Sakarya şəhərindəspirtli içki qəbul etdikdən sonra vəziyyəti pisləşən Azərbaycan əsilli Əbulfəz İsmayilov dünyasını dəyişib. 

Unikal.org xəbər verir ki, həkimlər 41 yaşlı kişinin alkoqol zəhərlənməsi nəticəsində öldüyü bildirib. Bildirilir ki, məclislərin birində içki qəbul edən  Əbulfəz İsmayilov vəziyyəti pisləşib və dostları tərəfindın xəstəxanaya aparılıb. Həkimlərin bütün səyinə baxmayaraq onun həyatını qurtarıla bilməyib. İsmayilovun cansız bədəni ekspertiza üçün morqa aparılıb. 

Polis araşdırmaya başlayıb.

Araşdırmalar zamanı saxta spirti içki satan Gürcüstan əsilli 1 kişi saxlanılıb.