Tez-tez qadın futbolçulara yazdığı mesajlarla diqqəti çəkən "Qalatasasaray"ın futbolçusu Emre Mor yenidən ifşa olunub. Onun qadınlara atdığı mesaj sosial şəbəkədə paylaşılıb. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, futbolçu bu dəfə sosial medianın tanınmış simalarından olan Sude adlı qadını hədəfə alıb.

Emre "Instagram"da 261 min izləyicisi olan Sudeyə mesaj yazaraq onunla "Snapchat"dan əlaqə saxlamasını istəyib. Gənc xanım futbolçunun yazdığı mesajı "Bəziləri ifşa olunmağı haqq edir" başlığı ilə paylaşıb.

O, daha sonra Moru "Snapchat"da bloka saldığını göstərən fotonu paylaşıb.