19 Noyabr 2019
18 Noyabr 2019
Arzu Rəhimov Sumqayıtda vətəndaşlarla görüşdü
Arzu Rəhimov Sumqayıtda vətəndaşlarla görüşdü CƏMİYYƏT 13:46 2019-10-17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov oktyabrın 17-də Sumqayıtda  Abşeron, Şuşa, Qubadlı, Zəngilan, Laçın, Cəbrayıl, Xocavənd, Xocalı, Sumqayıt şəhər və rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.

Unikal.org xəbər verir ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək, önünə gül dəstəsi qoyulub.

Xidmət rəisi, general-leytenant Arzu Rəhimovun keçirdiyi qəbulda 23 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladının xidmət yerinin müəyyənləşdirilməsi, ailə vəziyyətinə görə möhlət hüququnun verilməsi, təkrar tibbi müayinə, şəhid adı və statusunun verilməsi, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlər ilə bağlı olub.

Qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün nəzarətə götürülüb. 

Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.