12 Noyabr 2019
11 Noyabr 2019
Azərbaycana mobil telefonların qanunsuz yolla gətirilməsinin qarşısı alındı - FOTOLAR
Azərbaycana mobil telefonların qanunsuz yolla gətirilməsinin qarşısı alındı- FOTOLAR HADİSƏ 14:10 2019-10-17

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Hyundai Sonata" və "FORD FOCUS" markalı avtomobillərlə gələn Azərbaycan Respublikası vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində aksesuarları ilə birlikdə 8 ədəd "Redmi Note 7", 1 ədəd "Redmi 7", 5 ədəd "Redmi Note 8", 2 ədəd "Mİ A3", 52 ədəd qidalandırıcı başlıq, 43 ədəd USB, 17 ədəd qulaqlıq və 48 ədəd mobil telefon üçün qutu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


  • Azərbaycana mobil telefonların qanunsuz yolla gətirilməsinin qarşısı alındı- FOTOLAR
  • Azərbaycana mobil telefonların qanunsuz yolla gətirilməsinin qarşısı alındı- FOTOLAR