Sabirabad rayonunun Bulduq kəndində ümumi sahəsi 230 m² olan talvar yanıb.

Unikal.org xəbər verir ki, yanar konstruksiyaları 90 m² sahədə, altına yığılan 90 ton ot bağlamasının 15 tonu və bitişik, ümumi sahəsi 260 m² olan tövlənin yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Talvarın, tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.