Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini S.Nəcəfovanın içərisində 350 manatı və 3 ədəd mobil telefonu olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini E.Rəhimov saxlanılıb

Unikal.org Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Məmmədov və K.Bədəlov saxlanılıblar.