18 Noyabr 2019
17 Noyabr 2019
Bakıda 61 yaşlı kişi çaydanla öldürüldü
Bakıda 61 yaşlı kişi çaydanla öldürüldü KRİMİNAL 09:19 2019-10-18

Bakıda çay evində qətl hadisəsi baş verib.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, oktyabrın 17-də saat 7 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi M.Davudoğlu küçəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Sabir Ələkbərovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə 4-cü Polis Şöbəsinə məlumat daxil olmuşdur.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq ədbirlər həyata keçirilmişdir.

Araşdırmalarla oktyabrın 16-da saat 22 radələrində həmin ünvanda yerləşən “Şərq” çay evində S.Ələkbərovla paytaxt sakini C.Abbasov arasında münaqişə baş verməsi və sonuncunun onu çaydanla vurmasından ölməsi müəyyən edilmişdir.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən C.Abbasov saxlanılıb.