Yeni Tağı Əhmədov və Cahangir Əsgərov müəmması
Yeni Tağı Əhmədov və Cahangir Əsgərov müəmması

Bakı Metropoliteninin və AZAL-ın dotasiya gizlinləri

2013-cü ildə Azərbaycan hökuməti Bakı metropoliteninə ziyanın ödənilməsi üçün 29,2 mln. manat səviyyəsində dotasiya ayıracaq. Bu cari ildəkindən 6,4 mln. manat yaxud 28% çoxdur. Dotasiyaların artırılması səbəbləri açıqlanmır.
2009-2011-ci illərdə Bakı metropolitenində gediş haqqı 5 qəpikdən 20 qəpiyə qədər artırılıb. Metropoliten rəhbərliyi iddia edir ki, gedişin maya dəyəri 50 qəpikdir, bu da şəhər nəqliyyatında gediş haqqından 2,5 dəfə çoxdur.
Metropoliten rəisi Tağı Əhmədov qiymət artımlarından yorulmasa da, indi bu sual maraq doğurur: necə olur ki, paytaxt metrosunda gediş haqları son bir neçə ildə 4 dəfəyədək bahalaşdıqdan sonra da ora dotasiyalar artmaqda davam edir? Məntiqlə qiymətlər qalxdıqca dotasiyalar azalmalı deyilmi? Bax bu sualların cavabı açıqdır. Onsuz da üzərində heç bir maliyyə şəffaflığı olmayan və adı ətrafında korrupsiya şübhələri ilə myüşaiyət edilən kifayət qədər müəmmaların dolaşdığı Tağı Əhmədovun metropoliteni ilə bağlı yuxarıdakı suallar haqqında danışılan şübhələri daha da dərinləşdirir.
Bu arada daha bir ilginc (həm ilginc, həm də xeyli düşündürücü, şübhəli!) məqam Cahangir Əsgərovun rəhbərlik etdiyi AZAL-la bağlıdır. Söhbət nədən gedir?
Söhbət ondan gedir ki, kifayət qədər maraqlı bir faktdır ki, tətbiq olunmuş aviaresylərdə sərnişin axınının ildən ilə azalmasına baxmayaraq, hökumət Bakı-Naxçıvan-Bakı istiqamətində biletlərin imtiyazlı qiymətinə görə “Azerbaijan Airlibes” QSC-ə dotasiyaların səviyəsini azaltmır. 2007-ci ildən daxili reyslərdə sərnişin axını sürətli templərlə azalır. Əgər 2007-ci ildə daxili reyslərdən 680 min sərnişin istifadə edibsə, 2010-cu ildə bu göstərici 210 min nəfərə qədər düşüb. 2011 və 2012-ci illər də istisna deyil. Əksər sərnişinlər blokadada olan Naxçıvan Muxtar Respublikasına İran ərazisindən yerüstü nəqliyyatla getməyə üstünlük verir. Bununla belə AZAL 2013-cü ildə 10 mln. manat həcmində dotasiya azalacaq. Bu AZAL-a bu marşrutla 500 min sərnişin daşınmasından itkilərin ödənilməsi üçün kifayət edir.
Qeyd edək ki, 2011-ci ildə AZAL rəhbərliyi Naxçıvan istiqamətində uçuşların maya dəyərinin strukturu barədə yazılı sorğunu cavabsız qoydu. Tarif Şurasının məlumatına görə, bu istiqamətdə biletin qiyməti 90 manat təşkil edir. Sərnişinlər biletə görə 50 manat ödəyir. Bu zaman nominal itkilərin yarısı dövlət büdcəsindən dotasiyalar, qalan 20 manat aviaşirkətin vəsaitləri hesabına ödənilir.
AZAL-ın da adı ətrafında şəffaflıq baxımından yetərincə problemli nüanslar diqqəti çəkir, yuxarıda deyilənlərdən isə Cahangir Əsgərovun rəhbərlik etdiyi səhmdar cəmiyyətlə bağlı da şübhəli məqamların əsassız yerə yaranmadığı və ciddi kökləri olduğu qənaətinə gəlmək mümkündür.
Ülviyyə Qasımlı