Pakistanda rəsmi səfərdə olan İngiltərə şahzadəsi Uilyam və xanımı Keyt Middlton bu ölkənin ikinci böyük şəhəri olan Laxora gediblər.

Unikal.org Pakistan mətbuatına istinadla xəbər verir ki, qonaqlar Laxorun qubernatoru ilə görüşüb, birlikdə şəhəri gəziblər.

Sonra Uilyam və Keyt “National Cricket Academy”yə gedib kriket oynayıb, yerli idman ulduzları ilə görüşüblər. Keyt “Sos Chilldreris Village” təşkilatının ofisində məruzə ilə çıxış edib.

Sonra Şahzadə və xanımı Laxordakı dünyanın ən böyük məscidlərindən biri olan Badşaxidə olub. Mətbuat yazır ki, Keyt firuzə rəngli milli geyimi və baş örtüyü ilə diqqət cəlb edib.  Bununla belə, məscidin imamı "Quran" oxuyub və Uilyam və xanımı Keyt dinləyiblər.

Artıq sosial şəbəkələrdə görüntülər yayımlanıb.