21 Noyabr 2019
20 Noyabr 2019
Azad Rəhimov vətəndaşlarla görüşdü - FOTO
Azad Rəhimov vətəndaşlarla görüşdü- FOTO İDMAN 16:16 2019-10-18

Oktyabrın 18-də Gənclər və İdman  naziri  Azad  Rəhimov  Şirvan şəhərində Şirvan, Hacıqabul şəhər və rayonlarından  olan vətəndaşları  qəbul  edib.  Qəbulda  ümumilikdə 20-ə yaxın     vətəndaş  iştirak  edib.

GİN-in mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, vətəndaşlar  “Gənclər ev”lərinin,  Olimpiya  İdman  Komplekslərinin,  bir sıra idman  qurğularının  tikintisi  və  təmiri, eləcə də, idman arenalarına   avadanlıqların  verilməsi ilə bağlı müraciət ediblər. Eyni zamanda, iş ilə təminat,  fəxri adların və məşqçilik dərəcələrinin verilməsi  də müraciətlər sırasında olub.

Müraciətlərin  bir  qismi  yerindəcə  həllini tapıb,  nazirliyin  səlahiyyətlərinə  aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyəti   üzrə  göndəriləcəyi  bildirilib. Bir  qisim müraciət isə  baxılması  üçün  icraya  yönəldilib.

  • Azad Rəhimov vətəndaşlarla görüşdü- FOTO