15 Noyabr 2019
14 Noyabr 2019
Vilayət Eyvazov bu dəfə Rəşadət Babayevi işdən çıxardı
Vilayət Eyvazov bu dəfə Rəşadət Babayevi işdən çıxardı CƏMİYYƏT 17:15 2019-10-18

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində önəmli kadr dəyişikliyi edib.

Unikal.org BakuPost.az-a istinadən xəbər verir ki, polkovnik Rəşadət Babayev rəis müavini vəzifəsindən çıxarılıb.

Onun yerinə polkovnik-leytenant Rəşid Piriyev gətirilib. Yeni rəis müavini bundan əvvəl Beyləqan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Rəşadət Babayev rəis müavini olmaqla yanaşı həm də alayın komandiri vəzifəsini daşıyırdı. İndi o yalnız alaya rəhbərlik edəcək.

Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov danışmaq istəməyib: “Bəli, polkovnik Rəşadət Babayev Alayın komandiri olmaqla yanaşı, həm də rəis müavini idi. Dəyişikliklə bağlı isə mən dəqiq bir söz deyə bilmərəm. Siz bunu kadrlardan və ya DİN-in mətbuat xidmətindən dəqiqləşdirin”.