21 Noyabr 2019
20 Noyabr 2019
Külək əsəcək, yağış yağacaq - Şənbə və bazar GÜNLƏRİ!
Külək əsəcək, yağış yağacaq -Şənbə və bazar GÜNLƏRİ! CƏMİYYƏT 17:56 2019-10-18

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumatda deyilir. 

Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 19-u gündüzdən şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda  20-25, dağlıq rayonlarda  13-18 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində bəzi yerlərdə şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 
20-25, dağlıq rayonlarda 15-19 dərəcə isti təşkil edəcək. 
Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi, lakin oktyabrın 19-u axşam və 20-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 22-26 dərəcə isti təşkil edəcək. 
Aran rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin oktyabrın 19-u axşam və 20-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.     
Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin oktyabrın 19-u axşam, 20-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 21-26 dərəcə isti təşkil edəcək.
Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin oktyabrın 19-u axşam, 20-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gündüz 21-24 dərəcə isti təşkil edəcək.