22 Noyabr 2019
UEFA Rusiya və Kosovo komandalarını eyni qrupa salmayacaq - SƏBƏB
UEFA Rusiya və Kosovo komandalarını eyni qrupa salmayacaq -SƏBƏB İDMAN 22:51 2019-10-18

Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) Fövqəladə Komissiyası, Rusiya və Kosovo komandalarının birliyin himayəsi altında təşkil olunan turnirlərdə eyni qrupa salınmaması barədə qərar verib.

Unikal.org xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

“Rusiya və Kosovo klubları arasında oyunların keçirilməsi ilə bağlı bütün təhlükəsizlik risklərini nəzərə alaraq komissiya qərara gəlib ki, bu komandalar qeyri-müəyyən vaxta qədər UEFA yarışlarında eyni qrupda olmayacaq.

2021-ci ildə keçiriləcək qadınlararası Avropa çempionatının seçmə mərhələsinin oyunlarında Rusiya və Kosovo milli komandalarının qarşılaşması neytral meydanda baş tutacaq”.