Türkiyə Super Liqasında 8-ci tura start verilib.

Unikal.org xəbər verir ki, tura “Qalatasaray” – “Sivasspor” matçıyla start verilib. Beş qolun qeydə alındığı matç İstanbul təmsilçisinin çətin qələbəsi ilə başa çatıb.

“Fənərbaxça” bu turda səfərdə “Dənizlispor”la qarşılaşacaq. “Beşiktaş” isə “Ankaragücü”nün qonağı olacaq.