Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsi ərazisində yerləşən "Seyid" marketin yaxınlığında qeydə alınıb.

Belə ki, 1955-ci il təvəllüdlü Kərimova İsminaz Xudayar qızı yolu keçmək istəyərkən maşın vurub.

O, sürücü tərəfindən xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Faktla bağlı rayon polis idarəsində cinayət işi qaldırılıb.