Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kayserinin Cumhuriyet Meydanında təşkil edilən açılış mərasiminə qatılıb. 

Unikal.org xəbər verir ki, Ərdoğan, mərasimdə açılış lentini kəsdikdən sonra vətəndaşların qarşısına əsgər salamı ilə çıxıb.

Daha sonra Ərdoğan Türkiyə ilə ABŞ arasındakı razılaşmadan danışıb. Bəyan edib ki, biz 120 saat müddətində hərbi əməliyyatları dayandırmağa razı olduq, məqsədimizi açıq bildirdik. 120 saat bitən dəqiqədə razılaşmamız pozulacaqsa, "Barış Pinarı" əməliyyatı yerdən davam edəcək. Dünən ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı da bunu dedim”.