06 Dekabr 2019
05 Dekabr 2019
Tramp G-7 zirvə görüşünü evində keçirəcək - Yeməkləri ucuzdur!
Tramp G-7 zirvə görüşünü evində keçirəcək -Yeməkləri ucuzdur! DÜNYA 19:18 2019-10-19

Ağ ev elan edib ki, Tramp administrasiyası G-7 “Böyük Yeddiliyin” zirvə görüşünü Mayamidə prezidentə məxsus “Trump National Doral” kurortunda keçirməyi planlaşdırır.

Unikal.org xəbər verir ki, bu mühüm tədbirin həmin kurortda keçirilməsini Prezident özü təklif edib. Zirvə görüşü iyunun 10-12-dək keçiriləcək.

Zirvə görüşü üçün həmin yerin seçilməsi dərhal Konqresdəki demokratlar tərəfindən mənfi reaksiya doğurub. Demokratlar və müstəqil siyasi icmalçılar Trampı tənqid ediblər ki, o, şəxsi mənafelərini xidməti fəaliyyəti ilə qarışdırır. Etika məsələləri üzrə müşahidəçi orqanlar kimi fəaliyyət göstərən təşkilatlar Tramp administrasiyasının bu addımını pisləyərək bildiriblər ki, bu, “xarici hökumətlərdən daxil olan pulları prezidentin cibinə yönəltmək cəhdi hiddət doğurur”.

Ağ evin aparat rəhbəri vəzifəsini icra edən Mik Malvani demokratların tənqidini təkzib edərək bildirib ki, “Trump National Doral” kurortu qonaqları ucuz qiymətə qəbul edəcək, yəni, nəzərdən keçirilən başqa obyektlərlə müqayisədə tədbirin burada keçirilməsi ikiqat ucuz başa gələcək.