Gəncə şəhərində inəyin vurduğu kişi ağır xəsarət alıb.

Unikal.org report-a istinadən məlumatına görə, hadisə şəhərin Əhməd Cavad küçəsində qeydə alınıb. 

Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Şəmsəddin Əliyevi iri buynuzu heyvan vurub. Nəticədə ağır xəsarət alan kişi yaxınlarının köməyi ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib və vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisəni hansı şəraitdə baş verdiyi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.