22 Noyabr 2019
Köməksiz qalan azyaşlılar xilas edilib
Köməksiz qalan azyaşlılar xilas edilib HADİSƏ 10:25 2019-10-20

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində və Bakı şəhərinin Yasamal rayonunda ayrı-ayrı ünvanlarda 2 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.