Kataloniyada müstəqillik tərəfdarlarının keçirdiyi etiraz aksiyaları zamanı 60-a yaxın jurnalist zərər çəkib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün baş tutan aksiya nəticəsində azı 20 KİV nümayəndəsi xəsarət alıb.
Qeyd edək ki, oktyabrın 14-də İspaniya Ali Məhkəməsi müstəqillik barədə qanunsuz referendumun təşkilində ittiham olunan siyasətçiləri 9 ildən 13 ilədək həbs cəzasına məhkum edib. Məhkəmə hökmü elan olunduqdan sonra Kataloniyanı, xüsusən paytaxt Barselonanı mitinqlər dalğası bürüyüb.

Aksiyalar iğtişaşlarla müşayiət olunub, etirazçılarla polis arasında qarşıdurmalar yaşanıb. İndiyədək bir neçə yüz nəfər yaralanıb, onlarla nümayişçi saxlanılıb.