Türkiyə ordusunun daha bir əsgəri şəhid olub.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Hakkari rayonunun Şəmdinli qəsəbəsində PKK terrorçularının açdığı atəş nəticəsində bir əsgər ağır yaralanıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.