17 Noyabr 2019
16 Noyabr 2019
Hindistan-Pakistan sərhədində atışma olub, ölənlər var
Hindistan-Pakistan sərhədində atışma olub,ölənlər var DÜNYA 17:35 2019-10-20

Kəşmir regionunda Hindistan-Pakistan təmas xəttində yenidən toqquşma baş verib.

Unikal.org-un  “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Hindistan polisi Pakistan sərhədçilərinin açdığı atəş nəticəsində iki əsgər və dinc sakinlərin öldüyünü açıqlayıb.

Rəsmi İslamabad isə 6 mülki şəxsin həyatını itirdiyini bəyan edib. Bununla bərabər, hər iki tərəfdən yaralılar var.

Qeyd edək ki, bu il avqustun 5-də Hindistan Kəşmirin nəzarətində olan hissəsinin xüsusi statusunu ləğv edib. İyulun sonunda isə Cammu və Kəşmirə əlavə 10 min hərbçi göndərilib. Pakistan avqustun 7-də Hindistanla diplomatik münasibətlərin səviyyəsini aşağı endirib.