Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

Unikal.org xəbər verir ki,  "Neftçi" "Zirə"ni qəbul edib. "Bakcell Arena"da keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Bu nəticədən sonra xallarının sayını 14-ə çatdıran "Neftçi" ikinci pilləyə yüksəlib və lider "Qarabağ"la xal fərqini azaldıb. "Zirə" isə 8 xalla beşinci yerdə qalıb.