17 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.

Unikal.org xəbər verir ki, milli komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci matçda Norveç yığması ilə qarşılaşıb. Görüş Azərbaycan millisinin 5:0 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, oktyabrın 23-də baş tutacaq son turda yığmamız Farer adaları ilə qarşılaşacaq.