Dünyada məşhur Red Hot Chili Peppers qrupunun üzvü Çed Smit küçə müsiqiçiləri ilə nağara çalıb.
Unikal.org ANS PRESS-ə istinadən məlumat verir ki, məşhur nağaraçı Londonun Trafalqar meydanında yoldan keçən insanları təəcübləndirib.
Red Hot Chili Peppers qrupu Londona dünya tutu çərçivəsində gəlib. Nağaraçı isə görünür oteldə darıxdığı üçün küçəyə çıxıb. O, küçə müsiqiçilərinə qoşularaq nağarada ifa edib. Məşhur sənətçinin videosu sosial şəbəkədə paylaşılıb.