Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədovun İngiltərədəki aktivlərinin bir hissəsi dondurula bilər.

Unikal.org xəbər verir ki, bu barədə “The Daily Mail” məlumat yayıb.
Buna səbəb kimi milyarderin Böyük Britaniya vətəndaşı olduğu keçmiş həyat yoldaşı Tatyana Əhmədova üçün məhkəmə tərəfindən təyin edilən məbləği ödəməkdən imtina etməsi göstərilir.
Belə ki, 2016-cı ildə Böyük Britaniya məhkəməsinin qərarı ilə iş adamı keçmiş həyat yoldaşına sərvətinin 41,5 faizini - təxminən 450 milyon funt sterlinq verməli idi.
Lakin milyarderin keçmiş həyat yoldaşının hesabına yalnız 5 milyon funt sterlinq köçürülüb.