Bakı şəhərinin Xəzər rayonunda "Ford" markalı yük avtomobilinin yanar hissələri yanıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sabirabad rayonunda ümumi sahəsi 25 m² olan köməkçi tikilinin qamışdan ibarət tavanı 20 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.