Suriya ərazisində döyüşməkdə təqsirləndirilən Rövşən Rəhimovun apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb. 

Unikal.org xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrlik etdiyi prosesdə qərar elan olunub. 

Qərara görə, R.Rəhimovun apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, R.Rəhimov Cinayət Məcəlləsinin 218.2 -ci (cinayətkar birlikdə, mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin birliyində iştirak etmə) və 279-cu (Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmələr yaratma, onların tərkibində iştirak) maddələri ilə ittiham olunublar.

O, 2013-cü ildə Suriyaya gedib, orada Bəşşar Əsəd hökumətinə qarşı vuruşaraq bir müddət sonra geri qayıdıb. 

R.Rəhimov  Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Ali Osmanov