Xalq artisti, rejissor, ssenarist, aktyor Əbdül Mahmudov (Şeyx Əbdül homoseksualların televiziya ekranlarına çıxmağı ilə bağlı mövzuya məsələyə sərt reaksiya verib. 

Unikal.org xəbər verir ki, o, Modern.az-a açıqlamasında hesab edib ki, güllələnmə bərpa olunmalı və belə insanlar mütləq güllələnməlidir.

"Bu, nəinki Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, ümumiyyətlə insanlığa  zidd haldır. Bizim xalqımız hər zaman digər millətlərə öz qəhrəmanlığı, namusu, qeyrəti ilə dərs verib. İndi 4-5 nəfər geyi buraxıblar cəmiyyətə, onlar da istədiyi kimi davranıb, insanlara mənfi təsir edir. Bütün bu hallar qərəzdir və təxribatdır. 

Mən prezidentə müraciətimdə də qeyd etdim ki, ölkədə bu kimi halların qarşısı qəti şəkildə alınmalıdır. Fransız, alman kişiləri bir-biri ilə evlənirsə, özləri bilərlər. Lakin unutmaq olmaz ki, Tanrı hər bir xalqı fərd olaraq yaradıb, özəllik verib. Biz də dünyanın ilk mədəniyyət ocaqlarından, sivilizasiya nöqtəsindən biri olaraq əxlaq dəyərlərimizi, özəlliyimizi qorumalı, bu kimi təxribatlardan yan qaçmalıyıq”.