Amerikalı aktrisa Felisiti Haffman, rüşvətdə günahlandırılaraq həbs olunduğu Kaliforniya həbsxanadan ilk görüntüləri yayılıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 56 yaşlı aktrisanın 7806-112 nömrəli yaşıl məhkum paltarı geydiyi görülüb. Ərinin və qızının onu ziyarət edərkən tünd yaşıl məhkum paltarı ilə çəkilmiş fotosu "New York Times" qəzeti tərəfindən paylaşılıb.

Qızı Corcianın yaxşı universitetlərin birinə qəbul olması üçün rüşvət verdiyi ortaya çıxıb. Bundan sonra 14 gün həbs cəzası verilən Felisiti ötən çərşənbə axşamı günü təslim olub cəzasını çəkmək üçün həbsxanaya sövq edilib.