Kocaəli şəhərində bazarda balıq satılan piştaxtanın qarşısında arvadıyla mübahisə Volkan Y. özünü yandırıb . 

Unikal.org Türkiyə KİV-nə istinadəb xəbər verir ki, mübahisədən sonra həyat yoldaşı onu orada tərk edib. Bundan sonra o yanında gətirdiyi benzini başından aşağıya tökərək özünü atəşə verib.

Yanan adamı, ətrafdakı satıcılar su tökərək son anda xilas ediblər. Vedrələrlə su tökülərək söndürülən şəxs, təcili yardımla Gölcük Necati Çelik Dövlət Xəstəxanasına çatdırılıb. 
Bədənində ağır yanıq yaraları ilə xəstəxanaya çatdırılan şəxs reanimasiyaya  yerləşdirilib. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.