Futbolçu Gökhan Çıraq ilə evlənməyə hazırlanan Selin Ciğerci xına əvvəli gəlin hamamına oryantal rəqqasə çağırıb.  

Unikal.org Türkyə KİV-nə istinadən xəbər verir ki, oryantal rəqqasə ilə qarşılıqlı göbək atan Ciğerci onun sinəsinə pul taxmağı da unutmayıb.  O bu görüntüləri sosial şəbəkədəki hesabından paylaşıb.

Sosial media fenomeni Selin Ciğerci və futbolçu Gökhan Çıraq 28 oktyabrda nikah masasına əyləşəcək. Aylar əvvəl toy məkanı haqqında məlumat verən Selin Ciğerci, tez-tez sosial şəbəkədən hazırlıq prosesi ilə bağlı detalları paylaşır.

Qeyd edək ki, Selin Ciğerci əməliyyatla cinsini dəyişərək qadın olub.