ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, “Böyük yeddiliyin” G-7 2020-ci il iyunun 10-12-nə planlaşdırılan sammiti onun Mayamidə yerləşən “Trump National Doral” kurortunda təşkil edilməyəcək.

Unikal.org xəbər verir ki, özünün şəxsi “Twitter” hesabında yeddi ölkənin iştirakı ilə sammitin planında dəyişikliklər barədə qeyd edən Tramp bəyan edib ki, KİV-lərin və demokratların “hay-küylü” reaksiyası və irrasional ədavət sayəsində biz daha Mayamidəki “Trump National Doral” kurortuna 2020-ci ildə “Böyük yeddilik” sammitinin keçiriləcəyi yer qismində baxmayacağıq.

Biz dərhal başqa yerin axtarışına başlayacaq, o cümlədən tədbirin Kemp-Deviddə keçirilməsi imkanlarını nəzərdən keçirəcəyik. Çox sağ olun!”