13 Noyabr 2019
Azarkeşlərin "sinəni aç" deyə qışqırdığı qadın spikerə daha bir zərbə - FOTO
Azarkeşlərin "sinəni aç" deyə qışqırdığı qadın spikerə daha bir zərbə- FOTO REPORTAJ 13:13 2019-10-21

"Napoli"nin "Brescia"nı 2:1 məğlub etdiyi matçda azarkeşlərin"Sinələrini aç" deyə  təzahüratı etdiyi italyan spiker Diletta Leottanı tənqid edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, onu həmkarı Fulvio Kollovati tənqid edib.  Məruz qaldığı sözlü təcavüz haqqında danışan  28 yaşındakı spiker "O mövzuda anlaşılmazlıq var. Qarşılaşma zamanı "Napoli" azarkeşləri mənə dəstək oldular. Qələbə qazandıqdan sonra bir az irəli getdilər, amma bu bir zarafat idi.  Əgər futbolla maraqlanırsınızsa, sadəcə məni seyr etməyin, eyni zamanda qulaq asın" deyərək futbolsevərlərə müraciət edən Leottaya italyalı jurnalist Fulvio Kollovatidən cavab gəlib. 

Kollovati "Əgər bir jurnalist stadiona bu paltarlarla gedərsə, ona qayğı göstərilməsini sevir deməkdir. Belə olduqda onu heç kim dinləməz" deyərək həmkarını tənqid edib. 

Daha sonra Kollovati  Leotta ilə bağlı açıqlamasının reaksiyaya səbəb olduğunu görüb sözlərini yumşaltmaq üçün bunları deyib:

"Diletta bir jurnalist deyil, buna görə də professional etik prinsiplərinə uymaq məcburiyyətində deyil. Fiziki görünüşüylə çox şey bacardığını söyləyə bilərik".

Xatırladaq ki, 2016-cı ildə Leottanın çıplaq fotoları telefonundan hakerlər tərəfindən oğurlanaraq sosial şəbəkədə paylaşılmışdı.
 
  • Azarkeşlərin "sinəni aç" deyə qışqırdığı qadın spikerə daha bir zərbə- FOTO