Bu gün Bakı şəhəri, Qaradag  rayonunda 10 günlük körpə sudurğadan dünyasını dəyişib.   

Unikal.org-un əldə etdiyi məlumata görə, valideynləri uşağı Sahil qəsəbəsində  yerləşən 23 saylı birləşmiş şəhər xəstəxanasına çatdırıblar. Uşağın dilini heç kim tuta bilmədiyi üçün polikinikaya təcili yardım briqadası çağrılıb. Bütün müdaxiləyə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.

23 saylı birləşmiş şəhər xəstəxanasından Unikal.org-a xəbəri təsdiqləyiblər. Bildirilib ki, uşağın ailəsi İmişli rayonundan qayıdanda bu hadisə baş verib. 

Famil Fərhadoğlu