Gəncə şəhərinin Nizami rayonunda beşmərtəbəli binada yanğın olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, yaşayış binasının üçüncü mərtəbəsində, ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin mətbəxində hava təmizləyici qurğu və əşyalar 3 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.