14 Noyabr 2019
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib CƏMİYYƏT 16:08 2019-10-21

Oktyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib. 

Unikal.org xəbər verir ki, tədbirdə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Samir Məmmədov, büro üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri iştirak ediblər.

Akademik Əhliman Əmiraslanov büro üzvlərini və qonaqları gündəliklə tanış edib.

Sonra AMEA-nın prezidentinin "AMEA-nın elmi müəssisə və təşkilatlarına məxsus patentlərdən daha səmərəli istifadə edilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 24 sentyabr 2019-cu il tarixli, 629 saylı sərəncamının icrası məqsədilə AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə birlikdə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin elmi təşkilatları üzrə cari elmi tədqiqat planlarının, tətbiqi xarakterli işlərin ölkə iqtisadiyyatının real ehtiyaclarına uyğunluğu və kommersiyalaşdırılması perspektivləri müzakirə edilib. İnstitutların rəhbərləri müvafiq məsələ ilə bağlı məlumat və təkliflərini bildiriblər. Müzakirələri yekunlaşdıran akademik Əhliman Əmiraslanov bu sahədə, xüsusən də institutların patentlərinin tətbiqi ilə bağlı tapşırıq və tövsiyyələrini verib. 
Sonra "Azərbaycan faunasının taksonomik spektri (onurğalılar)" toplusu üzrə işçi qrupunun tərkibinin təsdiq edilməsi haqqında məsələ müzakirə edilib.

Akademik Əhliman Əmiraslanov məlumat verib ki, oktyabrın 8-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının strukturunda fəaliyyət göstərən Biologiya və Tibb elmləri bölməsinin iclasi keçirilib. İclasda Azərbaycanda onurğalı heyvan adları ilə bağlı problemlərin araşdırılması və yekun fikir formalaşdırılması üçün işçi qrup yaradılması məqsədəmüvafiq hesab edilib. Büro qeyd edilən qrupun tərkibi haqqında qərar qəbul edib. 

İclasın sonunda akademik Əhliman Əmiraslanov 2019-cu il üzrə Bölmə institutlarının elmi və elmi-təşkilati hesabatlarının, ən mühüm tədqiqat nəticələrinin hazırlanması və təqdim edilməsi ilə bağlı tapşıırıqlar verib.