14 Noyabr 2019
Azarkeşlər arasında dava düşdü, futbolçular meydandan qaçdı (VİDEO)
Azarkeşlər arasında dava düşdü,futbolçular meydandan qaçdı  (VİDEO) İDMAN 16:52 2019-10-21

Meksika çempionatında “Atletiko San Luis” – “Keretaro” oyunu 85-ci dəqiqədə təxirə salınıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb komandaların azarkeşləri arasında dava düşməsidir. Hər iki komandanın futbolçuları qarşıdurma yaradan azarkeşləri sakitləşdirməyə çalışıb. Ancaq daha sonra fanatlar meydana daxil olaraq, oyunçulara hücum etməyə başlayıblar. Futbolçular isə hücumlardan qorunmaq üçün meydançadan qaçıblar.

Bu səbəbdən də qarşılaşma 85-ci dəqiqədə dayandırılıb və təxirə salınıb.

Qarşılaşmada “Keretaro” 2:0 hesabıyla öndə idi.