19 Noyabr 2019
18 Noyabr 2019
Söyüş iki ailəni düşmən etdi - VİDEO
Söyüş iki ailəni düşmən  etdi- VİDEO HADİSƏ 17:30 2019-10-21

Sumqaytda dəhşətli hadisə baş verib. Belə ki, qonşuların mübahisəsi birinin digərinə hücumu ilə yadda qalıb. Film kimi cinayət şəhərin "yaşıl dərə" massivində baş verib. 

Unikal.org xəbər verir ki, "Space Tv-də yayımlanan, Amil Xəlilin aparıcısı olduğu "Olar? Olmaz!" verilişində danışan şikayətçilər inanılmaz iddiaları səsləndirib. 
Belə ki, teleaparıcı hadisə yerinə baş çəkib. Bəlli olub ki, evə həqiqətən də hücum olunub. Osmanovlar bildirib ki, uşaqlar evdə olarkən qonşuları Tofiq adlı şəxs və onun yaxınları evə basqın ediblər. 

Teleaparıcı adı çəkilən şəxslə telefonla danışa bilib. Tofiq bəy iddiaları qismən qəbul edib: 

"Hə, oğlum hücum edib. Amma and içir ki, ata mən sadəcə bir neçə əşyanı sındırmışam. Qalan nə baş veribsə özləri edib..."
Araşdırma zamanı bəlli olub ki, Tofiq adlı şəxsə Səfair bəyin oğlunun borcu olub. Tofiq bəy pulunu istəyəndə tərəflər arasında mübahisə düşüb. Tofiq bəyə qarşı tərəf "pulunu vermirəm" deyib və söyüş söyüb. Bu söyüş iki ailəni bir-birinə düşmən edib.