19 Noyabr 2019
18 Noyabr 2019
“Bu ad mənim deyil, sizindir” - Röya
“Bu ad mənim deyil, sizindir” -Röya MƏDƏNİYYƏT-ŞOU 18:24 2019-10-21

Müğənni Röya Ayxan bu gün “Xalq artisti” fəxri adını alması ilə bağlı düşüncələrini dilə gətirib.

Unikal.org xəbər verir ki, sənətçi fikirlərini belə ifadə edib:

“Məni bu illər ərzində səhvim və düzüm ilə dəstəkləyən dostlarım, media dostlarım, yanımda çalışan dostlarım və eyni zamanda da məni mən edən, mahnılarım ilə ağlayan, gülən, sevinən hər kəsə təşəkkür edirəm. Çünki, bu ad mənim deyil, sizindir. Bu ad mənə bu sevgiyə görə verilib. Dövlət başçımıza, eyni zaman da Mehriban xanıma da təşəkkür edirəm. Ailəmi sevindirdiklərinə görə bir daha minnətdaram. Mənim ilə bir yerdə bu ada layiq görülən sənət dostlarımı da təbrik edirəm. Hamınızın gözü aydın. Allah heç kimin əziyyətini yerdə qoymasın!”.

Qeyd edək ki, Prezident Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə Ağayeva Tünzalə Qabil qızı, Mirbabayev Mir Yusif Mir Heydər oğlu və Nəcəfova Röyalə Yaqub qızı “Xalq artisti” adına layiq görülüb.