18 Noyabr 2019
17 Noyabr 2019
Milli Məclisdə bu məsələlər müzakirə olunacaq
Milli Məclisdə bu məsələlər müzakirə olunacaq SİYASƏT 09:40 2019-10-22

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Unikal.org-un məlumatına görə, iclasda deputatlar əvvəlcə Mərkəzi Seçki Komissiyasının üzvünün təyin edilməsi, Hesablama Palatasının auditorun təyin edilməsi və "Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında" Sazişin təsdiq edilməsi məsələsini müzakirə edəcəklər.

Daha sonra "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "Əmək pensiyaları haqqında", "Lisenziyalar və icazələr haqqında", "Dövlət rüsumu haqqında" qanunlara, o cümlədən Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə, Ailə Məcəlləsinə dəyişiklikər müzakirə ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 23 məsələ daxildir.