18 Noyabr 2019
17 Noyabr 2019
Bakı metrosunda sıxlıq yarandı, qatarlar ləngidi
Bakı metrosunda sıxlıq yarandı, qatarlar ləngidi HADİSƏ 10:17 2019-10-22

Bu gün səhər saatlarında metronun “Həzi Aslanov” stansiyasından “Dərnəgül” istiqamətində hərəkət edən qatarlarda sıxlıq müşahidə olunub.

Unikal.org axar.az-a istinadən xəbər verir ki, bu barədə sərnişinlər sosial şəbəkələrdə məlumat paylaşıblar. Sərnişinlər metronun “Koroğlu”, “28 May”, “20 Yanvar” və digər stansiyalarında yaranmış sıxlıqdan şikayətləniblər.

“20 Yanvar” stansiyasında qatarın 10 dəqiqədən çox gözlədiyi bildirilib.

Sıxlığın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.