Biraz əvvəl Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan «Gəl dərdini danış»da inanılmaz anlar yaşanıb.

Unikal.org xəbər verir ki, verilişə müraciət edən Nuranə adlı şəxs sevdiyi oğlan tərəfindən zorlandığını bildirib. Onun iddiaları hər kəsi dəhşətə gətirib. Nuranənin sözlərinə görə sevdiyi oğlan onu anası ilə tanış olmaq üçün evə apardığını və iyrənc əməlini həyata keçirdiyini bildirib.

Biraz sonra verilişə adı çəkilən şəxsin anası da qoşulub. Ananın açıqlamaları hətta teleaparıcını da özündən çıxardıb. Nuranəni təhqir edən qadının telefon zəngi efirdən kəsilib. Qadın bildirib ki, oğlu ilə Nuranə sosial şəbəkələrdən tanış olub. Oğlu Nuranəni heç vaxt sevməyib. 

Verilişdə iştirak edən Şeyx Əbdül də məsələyə sərt reaksiya bildirib. O, aidiyyatı qrumların bu işə göz yumamasına çağrış edib. Olduqca dəhşətli etirafların səsləndiyi verilişi sizə təqdim edirik. Qeyd edək ki, «Gəl dərdini danış» həftə içi saat 12:20 də Amil Xəlilin təqdimatında Space Tv-də yayımlanır…