Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – APOEL matçına maraq böyükdü.

Unikal.org xəbər verir ki, artıq qarşılaşma üçün satışa çıxarılan 30 min biletdən 25 mini satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10, 15, 50 və 75 AZN-di.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn)

Qeyd edək ki, “Qarabağ” – APOEL matçı oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matça saat 20:55-də start veriləcək.