Bu gün Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura start verilib.

Unikal.org xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 görüş keçirilib.

Ölkəmizdə çoxsaylı azarkeşləri olan Türkiyənin “Qalatasaray” klubu İstanbulda İspaniya nəhəngi “Real”ı qəbul edib və 0:1 hesabı ilə uduzub.

A qrupunun digər oyununda PSJ Belçika səfərində “Brügge”ni darmadağın edib - 5:0.